"Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəliqərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 137
Bakı şəhəri, 8 may 2014-cü il
"Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəliqərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 17-ci hissəsinə uyğun olaraq, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 94; 2003, № 7, maddə 387; 2008, № 2, maddə 111; 2009, № 6, maddə 497) 1-ci hissəsi ilə təsdiq edilmiş Kollegiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Kollegiyanın sədri
Aslanov Aslan Əhməd oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru
Kollegiyanın üzvləri:
İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyi Baş direktorunun müavini
Abdullayeva Sevinc Nazim qızı - Azərbaycan Dövlət Teleqraf Agentliyi Baş direktorunun müavini
Nuriyeva Tamilla Qulam qızı - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Rus dilində informasiya baş redaksiyasının baş redaktoru
Quluzadə Yaşar Mahmud oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru
Əmrullayev Vüqar Müsavəddin oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Fotoinformasiya baş redaksiyasının (fotoxronikanın) baş redaktoru
Ağayev Cəvani Təvəkkül oğlu - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Texniki İdarəsinin rəisi - baş mühəndis".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
4 June 2014, 13:06
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...