Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2018-ci il.

27 September 2018, 08:09

http://www.azertag.az

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...