“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2338) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “11 559 956,2” və “9 730 221,8” rəqəmləri müvafiq olaraq “15 310 823,9” və “11 480 221,8” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “9 723 786,1” rəqəmləri “13 307 411,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənddə “3 612,0” rəqəmləri “4 080,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 2.3-cü bənddə “16 340,0” rəqəmləri “17 370,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 2.4-cü bənddə “1 042 046,1” rəqəmləri “1 216 734,8” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 2.5-ci bənddə “774 172,0” rəqəmləri “765 228,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “11 559 956,2” rəqəmləri “15 310 823,9 ” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.2-ci bənddə “9 216 000,0” rəqəmləri “10 966 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “9 730 221,8” rəqəmləri “11 480 221,8” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2018-ci il.

18 July 2018, 08:07

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...