“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununu “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272) aşağıdakı məzmunda 53-1.8-ci maddə əlavə edilsin:

“53-1.8. İdman mərc oyunlarının operatorları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidirlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

10 July 2018, 07:07

http://www.azertag.az

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...