Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə qərara alıram:
1. Bu Sərəncamın 1, 2, 3 və 4 nömrəli əlavələrində sadalanan laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində:
2.1.1. “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görsün;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadə etməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 May 2018, 08:0525 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...