“Vətəndaşlığı olmayan şəxslərin vəəcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”a dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 2-ci hissəsinin icrası ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının “Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”ının 1.5-ci və 1.6-cı bəndləri qüvvədən düşmüş hesab edilməli, 2.2-ci və 2.3-ü bəndlərə isə müvafiq dəyişikliklər edilməlidir.
Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/48 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.5-ci və 1.6-cı bəndlər qüvvədən düşmüş hesab edilsin.
1.2. 2.2-ci və 2.3-cü bəndlərə “siyahısı” və “siyahıları” sözlərindən sonra müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti,” sözləri əlavə edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 May 2014, 09:0510 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...