“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli № 832-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 14-cü maddənin ikinci abzasında “dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri ilə əvəz edilsin;
1.2. 20-ci maddə ləğv edilsin;
1.3. 27-ci maddə üzrə:
1.3.1. 5-ci abzasdan “və qida zəhərlənmələrinin” sözləri çıxarılsın;
1.3.2. 8-ci abzasdan “ərzaq məhsulları və” sözləri çıxarılsın;
1.4. 28-ci maddədə “sanitariya qaydaları” sözlərindən əvvəl “qida məhsulları istisna olmaqla,” sözləri əlavə edilsin;
1.5. 34-cü maddənin 1-ci hissəsi üzrə:
1.5.1. 1-ci bənddə “mülkiyyət formasından asılı olmayaraq,” sözlərindən sonra “qida məhsullarının və xammalının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;
1.5.2. 3-cü bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalının və qida məhsullarının istehsalını, daşınmasını, saxlanmasını və satılmasını,” sözləri çıxarılsın;
1.5.3. 6-cı bəndin əvvəlinə “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin bənddən “, ərzaq xammalı və qida məhsulları” sözləri çıxarılsın;
1.5.4. 7-ci bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;
1.5.5. 8-ci bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində fəaliyyət göstərən şəxslər istisna olmaqla” sözləri əlavə edilsin;
1.5.6. 9-cu bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;
1.5.7. 10-cu bənddən “qida məhsullarını,” sözləri çıxarılsın;
1.5.8. 14-cü bənddən “və zəhərlənməsi” sözlərindən sonra “(qida zəhərlənmələri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.6. 39-cu maddə üzrə:
1.6.1. 2-ci abzasdan “qida məhsullarının,” sözləri çıxarılsın;
1.6.2. 4-cü abzasdan “yeni növ xammala” sözlərindən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalına, qida məhsullarına” sözləri çıxarılsın;
1.6.3. 5-ci abzasda “və idarələr ilə razılaşdırmadan” sözlərindən sonra “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;
1.6.4. 8-ci abzasda “yeni növ xammalın” sözlərindən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalının, qida məhsullarının,” sözləri çıxarılsın;
1.6.5. 9-cu və 10-cu abzasları çıxarılsın;
1.6.6. 12-ci abzasda “mərkəzləşdirilmiş” sözündən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin;
1.6.7. 16-cı abzasdan “, iaşə və” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il.
1 May 2018, 08:056 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...