Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında’’ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə’’ Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.1.2-ci maddədə, 13.3-cü maddənin ikinci cümləsində, 30.2.12-ci maddədə, 288.1-ci maddənin birinci cümləsində “qeydə alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
2. 62.1.3-cü maddədə “qeydiyyata almaq” sözləri “dövlət qeydiyyatına almaq” sözləri ilə əvəz edilsin.
3. 293.3-cü maddədə “qeydə alınmalıdır” sözləri “dövlət qeydiyyatına alınmalıdır” sözləri ilə əvəz edilsin.
4. 295-ci maddə üzrə:
4.1. birinci cümlədə “qeydiyyat” sözü “dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin;
4.2. ikinci (hər iki halda) və üçüncü cümlələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
5. 297.1.2-ci, 297.1.3-cü, 297.2-ci, 298.1-ci və 301.0.21-ci (hər iki halda) maddələrdə “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatına alınmış” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.
19 March 2018, 08:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...