“Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 177; 2010, № 2, maddə 80, № 9, maddə 773; 2012, № 2, maddə 115; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 11, maddə 2096) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Polşa Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2018-ci il.
19 March 2018, 08:0328 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...