“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479; 2003, № 1, maddə 8; 2004, № 2, maddə 57; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 6, maddə 460; 2009, № 2, maddə 43, № 10, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin dördüncü hissəsi ləğv edilsin.

2. Qanuna aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

 

“Maddə 10-1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin

sanitariya-mühafizə zonaları

10-1.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir.

10-1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir.

10-1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir.

10-1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10-1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.

10-1.6. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan aşağıdakı fəaliyyətlərə yol verilir:

10-1.6.1. elmi tədqiqat işləri;

10-1.6.2. ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət;

10-1.6.3. yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması;

10-1.6.4. torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

10-1.6.5. bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi;

10-1.6.6. turizm və rekreasiya məqsədləri ilə istifadə;

10-1.6.7. mineral su və digər müalicəvi resurslardan istifadə;

10-1.6.8. həvəskar və idman ovu (balıq ovu).

10-1.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında aşağıdakılar qadağandır:

10-1.7.1. yeni yaşayış məntəqələrinin salınması;

10-1.7.2. ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;

10-1.7.3. geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;

10-1.7.4. meşələrdə əsas istifadə qırıntısı;

10-1.7.5. aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə;

10-1.7.6. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

10-1.7.7. ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi.

10-1.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2014-cü il.

 

 

19 May 2014, 09:05

http://www.azertag.net

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...