Dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət təltiflərinin yüksək keyfiyyət göstəricilərinə uyğun olaraq hazırlanmasını təmin etmək və bu sahədə yerli istehsalı stimullaşdırmaq məqsədilə qərara alıram:

1. “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Dövlət təltiflərinin hazırlanması xərclərinin (2017-ci ildə hazırlanmış və dəyəri ödənilməmiş dövlət təltifləri, habelə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq 2018-ci il ərzində sifariş ediləcək dövlət təltifləri də daxil olmaqla) dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. “Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 524; 2014, № 5, maddə 477; 2016, № 8 maddə 1384) və “Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanmasının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2865 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 534; 2009, № 2 maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

6 February 2018, 08:02

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...