“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında’’ Azərbaycan Respublikasının Qanununu “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2, I kitab, maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720) aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü maddənin birinci hissəsində “dayanacaqlar” sözü “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri" sözləri ilə əvəz edilsin.

2. 26-cı maddənin altıncı hissəsində “meydançalara” sözü “parklanma yerləri,” sözləri ilə əvəz edilsin.

3. 40-3-cü maddənin dördüncü hissəsində “minmə-düşmə meydançalarının, dayanacaq məntəqələrinin örtüyü” sözləri “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin örtüyü, habelə taksi minik avtomobillərinin duracaq yerləri və yolun hərəkət hissəsinə bitişik hissədə olan parklanma yerləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

1 February 2018, 09:02

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...