Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli 2588 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilmiş, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilmişdir. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etmişdir.

 

İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik dini olması mədəniyyətlərarası və dinlərarası münasibətlərin hazırkı dövründə bu qəbildən tədbirlərin davamlı təşkilinə xüsusi aktuallıq qazandırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və dünya ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanmış “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlərin davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, İslam ölkələri ilə mədəni əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 yanvar 2018-ci il.

22 January 2018, 09:01

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...