Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.
Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Milli informasiya resurslarının, kommunikasiya vasitələrinin inkişafına yönəlmiş davamlı dövlət siyasəti, xüsusilə “Azerspace-1” peykinin orbitə çıxarılması, bütün ölkə ərazisində rəqəmsal yayıma keçid və görülmüş digər işlər teleradio sahəsində də müasir texnologiyaların tətbiqini sürətləndirmiş, yayımçıların texniki imkanlarının və operativliyinin artmasına, təsir imkanlarının yüksəlməsinə səbəb olmuşdur.
Özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2018-ci il.
19 January 2018, 09:016 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...