Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.3. Agentliyə:

2.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

2.3.2. strukturunun təsdiqi.

3. Müəyyən edilsin ki:

3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25.000.000 (iyirmi beş milyon) manat təşkil edir;

3.2. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) balansındakı dövlət əmlakı qiymətləndirilərək Agentliyin nizamnamə fondunda əksini tapır;

3.3. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir;

3.4. İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) balansında olan əmlakın Agentlik publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı gündən onun balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. Agentliyin İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentlik:

5.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2017-ci il.

20 December 2017, 09:12

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...