Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, №7, maddə 602, № 8, maddə 695, №12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 87-ci maddənin birinci hissəsinin ikinci abzasında “(elmi-tədqiqat idarələrinin)” sözləri “, elmi müəssisə və təşkilatlarının” sözləri ilə əvəz edilsin.

2. 92-ci maddənin birinci hissəsinin altıncı abzasında “rütbəsi” sözü “adı” sözü ilə əvəz edilsin.

3. 95-ci maddənin birinci hissəsinin yeddinci abzasında “elmi-tədqiqat müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

4. 100-cü maddənin ikinci hissəsində “(elmi-tədqiqat müəssisələrinin adyunktları)” sözləri “, elmi müəssisə və təşkilatların adyunktları” sözləri ilə, “(elmi-tədqiqat müəssisələrinin) rəisləri” sözləri “, elmi müəssisə və təşkilatların rəhbərləri” sözləri ilə əvəz edilsin.

5. 115-ci maddənin üçüncü hissəsinin birinci cümləsində “elmi-tədqiqat müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

6. 133-cü maddənin üçüncü hissəsinin doqquzuncu abzasında “və ya elmi-tədqiqat müəssisəsinin rəisinin” sözləri “müəssisəsinin və ya elmi müəssisə və təşkilatın rəhbərinin” sözləri ilə, iyirmi birinci hissəsinin ikinci cümləsində “məktəbə və ya elmi-tədqiqat müəssisəsinə” sözləri “təhsil müəssisəsinə və ya elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

7. 134-cü maddənin ikinci hissəsində “və elmi-tədqiqat müəssisəsinin” sözləri “müəssisəsinin, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

8. Əsasnaməyə 3 saylı Əlavə - “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları”nın beşinci abzasında “rütbə” sözü “ad” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

15 December 2017, 10:12

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...