“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2, (I kitab), maddə 188; 2017, № 6, maddə 1041, № 7, maddə 1250) aşağıdakı dəyişikliklər edilsin:
1. 15-ci maddə üzrə:
1.1. adında “və elm müəssisələrinə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;
1.2. 15.1-ci maddədə “və elmi müəssisələrə” sözləri “müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.
2. 26.3-cü maddədə “aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
11 December 2017, 10:126 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...