Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 avqust tarixli 951 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə üzrə:
1.1. 2.1-ci bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci, 49-cu,” sözləri, “69-cu,” sözlərindən sonra “85.0.1-ci (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “152.1-152.3-cü,” sözlərindən sonra “152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci,” sözləri, “155.6-cı,” sözlərindən sonra “156.2-ci,” sözləri, “221.2-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin;
1.2. 2.2-ci və 2.3-cü bəndlərə “152.1-152.3-cü,” sözlərindən sonra “152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci,” sözləri və “155.6-cı,” sözlərindən sonra “156.2-ci,” sözləri əlavə edilsin;
1.3. 2.5-ci bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci, 49-cu,” sözləri, “69-cu,” sözlərindən sonra “85.0.1-ci (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “168-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin;
1.4. 2.9-cu bəndə “Məcəllənin” sözündən sonra “38-1-ci və 49-cu maddələrində,” sözləri, “69-cu maddəsində,” sözlərindən sonra “85.0.1-ci maddəsində (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 91-ci maddəsində,” sözləri, “104.4-cü,” sözlərindən sonra “111-ci, 123-1-ci,” sözləri, “168-ci,” sözlərindən sonra “222.1-ci,” sözləri, “235-ci,” sözlərindən sonra “236.2-ci,” sözləri, “296-cı,” sözlərindən sonra “298-ci,” sözləri və “306-cı,” sözlərindən sonra “307-1-ci,” sözləri əlavə edilsin.
2. 14.1-ci və 14.4-cü bəndlərə “85.0.1-ci” sözlərindən sonra “(yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulmasına münasibətdə)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2013-cü il.
6 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...