“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2.10-cu maddədə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış” sözləri “Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin və həmin maddədən “birbaşa və ya” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 17.3-cü maddə əlavə edilsin:
“17.3. Həyatın yığım sığortası və (və ya) annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2017-ci il.
11 December 2017, 10:1210 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...