Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu

Azərbaycan Respublikasının

2017-ci il 17 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

 

1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

1.1.2. əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

1.1.3. Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

1.1.4. həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

1.1.5. fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

1.1.6. dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

1.2. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin üç dərəcəsi vardır.

1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir.

1.4. Azərbaycan Respublikasının “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla verilir.

 

Maddə 2. Taxılma qaydası

Azərbaycan Respublikasının “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.

 

 

6 December 2017, 09:12

http://www.azertag.net

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...