“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 511-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, № 11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.2.4-cü maddədə “ilin yekunları üzrə” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq illik” sözləri ilə əvəz edilsin.

2. XI fəslin adından “uçotu və” sözləri çıxarılsın.

3. 57-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 57. Maliyyə hesabatı

 

57.1. Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.

57.2. Mərkəzi Bankın maliyyə hesabatının tərtib edilməsi ilə bağlı digər məsələlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq tənzimlənir.”.

4. 58.4-cü maddə ləğv edilsin.

5. 58.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.

14 November 2017, 10:11

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...