Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına
Hörmətli mərasim iştirakçıları!
Sizi Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəlində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxmışdı. İkinci Dünya müharibəsinin başlanması həmin planın və eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrlərdə qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi.
Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.
Ötən yarım əsr ərzində Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş vermiş, onun ümumşəhər sərnişin daşımalarındakı payı davamlı artmışdır. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılmış və müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilmişdir.
Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin etmişdir. Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.
Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcəkdir. Metropoliten müasir tələblərə müvafiq surətdə yenidən qurulacaq, sərnişinlərə təhlükəsiz xidmət səviyyəsi daha da yüksələcəkdir.
İnanıram ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəməyəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2017-ci il.
10 November 2017, 09:1125 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...