Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 26.2-ci maddə üzrə:

1.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.”;

1.1.2. ikinci cümlədə “nümayəndə” sözü “işçisi” sözü ilə əvəz edilsin;

1.2. 31.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.”;

1.3. 61.2-ci maddənin ikinci cümləsində “səlahiyyətli vəkilə və ya” sözləri “prosessual” sözü ilə əvəz edilsin;

1.4. 69.2-ci maddədə “səlahiyyətli” sözü “prosessual” sözü ilə əvəz edilsin;

1.5. 86.1.1-ci maddədə “apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi” sözləri “səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin;

1.6. 93-cü maddənin adından “və onların nümayəndələri” sözləri çıxarılsın.

 

Maddə 2. Keçid müddəaları

 

2.1. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1.1-1.2-ci maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il.

 

8 November 2017, 09:11

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...