Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 597-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 40-cı hissəsində “və 537.1-ci” sözləri “, 537.1-ci və 538-1.1–538-1.3-cü” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2017-ci il.

6 October 2017, 09:10

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...