“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33, № 5, maddə 782) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “8 370 589,8” və “14 483 856,0” rəqəmləri müvafiq olaraq “10 813 861,6” və “15 242 928,0” rəqəmləri ilə əvəz edilsin.
1.2. 2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7 550 705,3” rəqəmləri “9 826 212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3 465,0” rəqəmləri “3 605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16 830,0” rəqəmləri “17 688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799 094,6” rəqəmləri “963 948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2 407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8 370 589,9” rəqəmləri “10 813 861,6” rəqəmləri ilə əvəz edilsin.
1.3. 3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
105 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
6 100 000,0 |
3.3. |
Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi |
7 500 000,0 |
3.4. |
Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
70 000,0 |
3.5. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
165 825,0 |
3.6. |
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
29 304,0 |
3.7. |
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
496 155,0 |
3.8. |
Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
744 072,0 |
3.9. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
32 572,0 |
|
Cəmi |
15 242 928,0 |
1.4. Bu Fərmanla təsdiq edilmiş “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”nin 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.”.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2017-ci il.
5 October 2017, 09:10
6 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...