"Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 108

Bakı şəhəri, 22 aprel 2014-cü il

"Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti  hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nin təsdiq edilməsi barədə

 "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti  hesabına  göstərilən sosial  xidmətin  zəmanət  verilmiş  həcmi"  təsdiq  edilsin  (əlavə olunur).

2. Müəyyən edilsin ki, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti  hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi hər il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilir.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmişdir

  

Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət büdcəsinin vəsaiti  hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi

 

Sıra

№-si

Xidmətlər

Xidmətin sayı

(aylıq)

Xidmətin müddəti

(hər dəfə)

1

2

3

4

1. Evdə (səyyar) sosial xidmət

1.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün

1.1.1. Sosial-məişət xidmətləri

1.1.1.1.

yemək hazırlanmasına kömək etmək (o cümlədən,  diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

8 dəfə

1 saat

20 dəq.

1.1.1.2.

zəruri  ərzaq, sənaye və məişət mallarının alınması

4 dəfə

30 dəq.

1.1.1.3.

mənzillərin yığışdırılması və təmizlən-məsi

4 dəfə

1 saat

1.1.1.4.

yataq və geyim əşyalarının yuyulması, ütülənməsi

4 dəfə

1 saat

30 dəq.

1.1.1.5.

mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi

1 dəfə

30 dəq.

1.1.1.6.

istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması

xidmət müddətində

 

 

1.1.1.7.

evə həkimin  çağırılması

xidmət müddətində

 

1.1.1.8.

həkimin təyinatı ilə aptekdən dərman alınması

xidmət müddətində

 

 

1

2

3

4

1.1.1.9.

sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi

xidmət müddətində

 

 

1.1.2. Sosial-hüquqi xidmətlər

1.1.2.1.

qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların və əlillərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi

xidmət müddətində

 

1.2.  Sağlamlıq imkanları məhdud uşaqlar üçün

1.2.1. Sosial-pedaqoji xidmətlər və sosial-psixoloji xidmətlər

1.2.1.1.

uşaqların gündəlik həyatda lazım olan  vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi 

fərdi iş  planına əsasən

 

1.2.1.2.

uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi

fərdi iş  planına əsasən

 

1.2.1.3.

uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi

fərdi iş  planına əsasən

 

2. Yarımstasionar (günərzi) sosial xidmət

2.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün

                   2.1.1. Sosial-psixoloji xidmətlər

2.1.1.1.

psixodiaqnostika və şəxsiyyətin öyrənil-məsi

fərdi iş planına əsasən

 

2.1.1.2.

sosial-psixoloji məsləhətlərin verilməsi

fərdi iş planına əsasən

 

2.1.2. Sosial-pedaqoji xidmətlər

2.1.2.1.

mədəni-asudə vaxtın təşkili, kitablar, qəzetlər, jurnallarla, stolüstü və digər oyunlarla təmin edilməsi

xidmət müddətində

 

2.1.2.2.

maraqlar üzrə klubların yaradılması, poeziya gecələrinin keçirilməsi, əl işi sərgilərinin və yarmarkalarının təşkil edilməsi

xidmət müddətində

 

1

2

3

4

2.1.3. Tibbi-sosial xidmətlər

2.1.3.1.

şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi

xidmət müddətində

 

2.2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün

2.2.1 Sosial-pedaqoji və sosial-psixoloji xidmətlər

2.2.1.1.

inkişaf pozuntuları olan uşaqların psixoloji-tibbi- pedaqoji müayinəsi, uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstəyin verilməsi

fərdi iş planına əsasən

 

 

 

 

2.2.1.2.

uşaqlara qrup və fərdi məşğələlər, məsləhətlər (konsultasiya) formasında reabilitasiya xidmətlərinin göstərilməsi

fərdi iş planına əsasən

 

2.2.1.3.

funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi

fərdi iş planına əsasən

 

2.3.  Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün

2.3.1. Sosial-psixoloji xidmətlər

2.3.1.1.

uşağın psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

2.3.1.2.

uşağın depressiya vəziyyətindən çıxarıl-ması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiy-yətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

fərdi iş planına əsasən

 

2.3.1.3.

uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi

fərdi iş planına əsasən

 

                 2.3.2. Sosial- pedaqoji xidmətlər

2.3.2.1.

pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olun-masının (əgər belə hal varsa) forma və dərəcəsinin  müəyyən edilməsi

fərdi iş planına əsasən

 

 

1

2

3

4

2.3.2.2.

uşağın dünyagörüşünün genişləndirilmə-sinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilmə-sinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

fərdi iş planına əsasən

 

2.3.2.3.

fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almasına və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

2.3.2.4.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

fərdi iş planına əsasən

 

2.3.3. Sosial-hüquqi xidmətlər

2.3.3.1.

uşağın  hüquqlarının müdafiə edilməsi, ona qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi

xidmət müddətində

 

2.3.3.2.

sənədlərin (doğum haqqında şəhadət-namə, şəxsiyyət vəsiqəsi, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə köməklik göstərilməsi

xidmət müddəti ərzində

 

2.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün

2.4.1. Sosial-psixoloji xidmətlər

 

 

2.4.1.1.

uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətlən-dirilməsi

fərdi iş planına əsasən

 

2.4.1.2.

uşağın çətin həyat şəraitində olması, uğursuz ailədən olması və ya valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlərin həyata keçirilməsi

fərdi iş planına əsasən

 

1

2

3

4

2.4.1.3.

uğurlu nəticənin əldə edilməsi məqsədi ilə valideynlərlə və ya onları əvəz edən şəxslərlə psixoloji konsultasiya işinin aparılması

fərdi iş planına əsasən

 

2.4.2. Sosial-pedaqoji xidmətlər

2.4.2.1.

uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi

fərdi iş planına əsasən

 

2.4.2.2.

dərsdən sonrakı asudə vaxtının səmərəli təşkili

fərdi iş planına əsasən

 

2.4.2.3.

uşağın dünyagörüşünün geniºləndirilmə-sinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilmə-sinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

fərdi iş planına əsasən

 

2.4.2.4.

uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandır-maqla, onun peşə meyillərinin aşkar edilməsi

fərdi iş planına əsasən

 

2.4.2.5.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

fərdi iş planına əsasən

 

2.5. İnsan alveri qurbanları üçün

                   2.5.1. Sosial-psixoloji  xidmətlər

2.5.1.1.

insan alveri qurbanlarının ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

2.5.1.2.

insan alveri qurbanlarının zorakılıq, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımının göstərilməsi

fərdi iş planına əsasən

 

                   2.5.2.  Sosial-iqtisadi xidmətlər

2.5.2.1.

insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazır­lığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

1

2

3

4

2.5.3. Sosial-hüquqi xidmətlər

2.5.3.1.

insan alveri qurbanlarına maraq və hüquqlarının müdafiəsi üçün  hüquqi məsləhətlərin verilməsi

fərdi iş planına əsasən

 

2.5.3.2.

sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

2.6.  Məişət zorakılığından zərərçəkənlər üçün

                   2.6.1.  Sosial-psixoloji xidmətlər

2.6.1.1.

"qaynar xətt" vasitəsilə  söhbət, fərdi məsləhətləşmələrin aparılması

xidmət müddətində

 

2.6.1.2.

zərərçəkmiş şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

2.6.1.3.

şəxsiyyətin dəstəklənməsi və məlumatlan-dırılması istiqamətlərində  fərdi işin aparılması

fərdi iş planına əsasən

 

2.6.1.4.

qrup şəklində reabilitasiya: art-terapiya, müxtəlif treninqlər, ailə ilə görüş

fərdi iş planına əsasən

 

2.6.2.  Sosial-iqtisadi xidmətlər

2.6.2.1.

zərərçəkmiş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə  köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

 

 

2.6.2.2.

zərərçəkmiş şəxslərə qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi

fərdi iş planına əsasən

 

2.6.3. Sosial-hüquqi xidmətlər

2.6.3.1.

sənədlərin bərpası, boşanma, alimentin alınması, əmlak məsələləri, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

 2.7. Müəyyən yaşayış yeri olmayan şəxslər üçün

2.7.1. Sosial-məişət xidmətləri

2.7.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

2.7.1.2.

müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin edilməsi

xidmət müddətində

 

 

1

2

3

4

2.7.1.3.

yataq və geyim əşyalarının yuyulması, ütülənməsi

xidmət müddətində

 

2.7.2.Tibbi-sosial xidmətlər

2.7.2.1.

tibbi müayinənin aparılması

xidmət müddətində

 

2.7.2.2.

ilkin tibbi yardımın göstərilməsi

xidmət müddətində

 

2.7.2.3.

şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi

 

xidmət müddətində

 

2.8. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan  şəxslər üçün

2.8.1.Sosial-psixoloji xidmətlər

2.8.1.1.

şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

2.8.1.2.

psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstəyin göstərilməsi

fərdi iş planına əsasən

 

2.8.2. Tibbi-sosial xidmətlər

2.8.2.1.

xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması 

xidmət müddətində

 

2.8.3. Palliativ xidmətlər

2.8.3.1.

palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi

fərdi iş planına əsasən

 

2.8.3.2.

xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyası-nın təşkil edilməsi

xidmət müddətində

 

2.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün

2.9.1.Sosial-psixoloji xidmətlər

2.9.1.1.

şəxsin psixososial vəziyyətinin ilkin

qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

2.9.1.2.

şəxsin psixoloji və emosional vəziyyətinə nəzarət edilməsi

fərdi iş planına əsasən

 

1

2

3

4

2.9.1.3.

şəxsin sosial adaptasiyasına nail olmaq məqsədi ilə sosial-psixoloji məsləhətlərin verilməsi

fərdi iş planına əsasən

 

2.9.2. Sosial-hüquqi xidmətlər

2.9.2.1.

sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi

fərdi iş planına əsasən

 

2.9.2.2.

sənədlərin bərpası, əmlak məsələləri ilə bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi

fərdi iş planına əsasən

 

3. Stasionar sosial xidmət

 3.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün

3.1.1. Sosial-məişət xidmətləri

3.1.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.1.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.1.1.3.

mədəni-asudə vaxtın təşkilinə kömək göstərilməsi, kitablar, dövrü mətbuat, stolüstü və digər oyunlarla təmin edilməsi

xidmət müddətində

 

3.1.1.4.

yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

3.1.2. Tibbi-sosial xidmətlər

3.1.2.1.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

3.1.2.2.

sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinin təmin edilməsi

xidmət müddətində

 

3.1.2.3.

tibbi-sosial ekspertizanın keçirilməsinin təşkil edilməsi

xidmət müddətində

 

3.1.3. Sosial-iqtisadi xidmətlər

3.1.3.1.

peşə reabilitasiyasının  həyata keçirilməsi

fərdi iş planına əsasən

 

3.1.4. Sosial-hüquqi xidmətlər

3.1.4.1.

hüquqi-məsləhət yardımları

fərdi iş planına əsasən

 

1

2

3

4

3.2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün

3.2.1. Sosial-məişət xidmətləri

3.2.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.2.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.2.1.3.

yumşaq inventarlarla (paltar,  ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

3.2.2. Sosial-psixoloji xidmətlər

3.2.2.1.

uşaqların ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətlən-dirilməsi

fərdi iş planına əsasən

 

3.2.2.2.

yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

fərdi iş planına əsasən

 

3.2.3. Sosial-pedaqoji xidmətlər

3.2.3.1.

uşaqların gündəlik həyatda lazım olan  vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi 

fərdi iş planına əsasən

 

3.2.3.2.

uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə  köməklik göstərilməsi  

fərdi iş planına əsasən

 

3.2.4. Tibbi-sosial xidmətlər

3.2.4.1.

tibbi-sosial xarakterli reabilitasiya tədbirlərinin  yerinə yetirilməsi

fərdi iş planına əsasən

 

3.2.4.2.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

3.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün

3.3.1. Sosial-məişət xidmətləri

3.3.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.3.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.3.1.3.

yumşaq inventarlarla (paltar,  ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

1

2

3

4

3.3.2.Sosial-psixoloji xidmətlər

3.3.2.1.

uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi

fərdi iş planına əsasən

 

3.3.2.2.

yaradıcılıq, intellektual və fiziki imkan-larına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

fərdi iş planına əsasən

 

                 3.3.3. Sosial-pedaqoji xidmətlər

3.3.3.1.

bu məqsədlə yaradılmış stasionar müəssisədə uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafına, həmçinin ilkin biliklərə yiyələnməsinə, təhsil almasına köməklik göstərilməsi  

fərdi iş planına əsasən

 

3.3.3.2.

bu məqsədlə yaradılmış stasionar müəssisədə dərsdən sonrakı asudə vaxtı-nın səmərəli təşkilinin təmin edilməsi

fərdi iş planına əsasən

 

3.3.3.3.

uşağın dünyagörüşünün genişləndiril-məsinə, ünsiyyət qabiliyyətinin artırıl-masına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

fərdi iş planına əsasən

 

3.3.3.4.

uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlan-dırmaqla, onun peşə meyillərinin aşkar edilməsi

fərdi iş planına əsasən

 

3.3.3.5.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

fərdi iş planına əsasən

 

                 3.3.4. Tibbi-sosial xidmətlər

3.3.4.1.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

4. Sosial məsləhət yardımı

4.1. Çətin həyat şəraitində olan şəxslər (ailələr) üçün

4.1.1.

qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi

mütəmadi

 

4.1.2.

sosial xidmət üzrə məsləhətlərin verilməsi

mütəmadi

 

2 May 2014, 12:05

http://cabmin.gov.az/

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...