Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nı “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 3, maddə 438) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.2.5. Dövlət elmi müəssisələri.”.
2. 2.2.24-cü yarımbənd ləğv edilsin.
3. 16.4-cü bənddə “Təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələrinin” sözləri “Dövlət elmi müəssisələrinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 July 2017, 10:073 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...