Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bəndə və 33-ci bəndin üçüncü abzasına “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 2-ci bənd ləğv edilsin.

3. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“6. Akademiyada doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.”.

4. 11-ci bəndin altıncı abzasından “və elmi-pedaqoji” sözləri çıxarılsın.

5. 12-ci bəndin səkkizinci abzası ləğv edilsin.

6. 16-cı bəndin on ikinci abzasında “qərarlar qəbul edir” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına vəsatət verir” sözləri ilə əvəz edilsin.

7. 21-ci bəndə “mütəхəssislərin” sözündən sonra “, elmi” sözü əlavə edilsin.

8. 25-ci bənd üzrə:

8.1. ikinci və beşinci abzaslar ləğv edilsin;

8.2. üçüncü abzasda “aparıcı təhsil və elmi tədqiqat idarə və təşkilatlarına” sözləri “digər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilsin;

8.3. altıncı abzasda “elmi əməkdaş” sözləri “elmi işçi” sözləri ilə əvəz edilsin.

9. 26-cı bənddə “verilməsi” sözü “müdafiəsi” sözü ilə əvəz edilsin.

10. 28-ci bənddə “elmi əməkdaşlar” sözləri “elmi işçilər” sözləri ilə əvəz edilsin.

11. 29-cu bənd aşağıdakı redaksiyada verilsin:

“29. Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin qalibləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılır.”.

12. 33-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Akademiyanın elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyələşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyul 2017-ci il.

24 July 2017, 10:07

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...