“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948; 2014, № 10, maddə 1166) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci, 2-ci maddələrdə, 7-ci maddənin birinci hissəsinin ikinci abzasında, 9-cu maddənin dördüncü hissəsində, 10-cu, 11-ci, 13-cü və 14-cü maddələrdə ismin müvafiq hallarında “məhsullar (işlər, xidmətlər)” sözləri ismin müvafiq hallarında “mallar (xidmətlər, işlər)” sözləri ilə əvəz edilsin.
2. 6-cı maddə üzrə:
2.1. birinci, ikinci, altıncı və səkkizinci hissələrdə ismin müvafiq hallarında “məhsulların (işlərin, xidmətlərin)” sözləri ismin müvafiq hallarında “malların (xidmətlərin, işlərin)” sözləri ilə əvəz edilsin;
2.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
“5. Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi malın (xidmətin, işin) sertifikatlaşdırması sahəsində Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir. Müvafiq malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu onların nişanlanması yolu ilə təsdiqlənə bilər.
Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanında aparılır.”.
3. 8-ci maddənin ikinci hissəsində “məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarının məcburi tələblərinə uyğunluğu” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu” sözləri ilə əvəz edilsin.
4. 15.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15.1.1. malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiqi;”.
5.15.1.2-ci maddədə “sertifikatlaşdırma üzrə orqanın” sözləri “uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il.
6 June 2017, 10:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...