Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972; 2010, № 4, maddə 273, № 5, maddə 385; 2011, № 4, maddə 271; 2012, № 5, maddə 412, № 11, maddələr 1042, 1050; 2013, № 3, maddə 228, № 12, maddə 1468; 2016, № 6, maddə 985) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 90-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci cümlədə “miqrasiya orqanları işçilərinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının hesabına” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri ilə əvəz edilsin;
1.2. ikinci cümlədə “vəsaitdən” sözü “vəsaitlərin bölgüsü və onlardan” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il.
3 May 2017, 09:0510 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...