“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 338) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.11-ci bənd ləğv edilsin.
2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.4, 6.4, 9.8, 10.2, 11.6, 17.5, 32.3, 34.1 və 34.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.2-ci (33.2.1 – 33.2.5, 33.2.7, 33.2.14-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 1.1.14, 8, 9.1, 9.3, 9.4, 9.6, 9.7, 16.0.3, 17.1.3, 17.3.7, 17.3.8, 17.3.9, 19.2, 19.4, 19.5 və 31.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 33.1, 33.2 (33.2.6, 33.2.8 – 33.2.13-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) və 33.3-cü (33.3.1, 33.3.2 və 33.3.4-cü maddələrdə müəyyən edilmiş məsələlərə münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 11.1-ci və 12.4.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları həyata keçirirlər;
2.5. həmin Qanunun 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2017-ci il.
6 April 2017, 09:046 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...