“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 326-VQD, 11 noyabr tarixli 407-VQD nömrəli Qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddə üzrə:
1.1. XIII hissədə “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilsin;
1.2. XIII-I hissənin birinci abzasında “icarəyə verilməsinə dair müqaviləni” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqaviləni” sözləri ilə, ikinci abzasda “icarəyə verilməsinə dair müqavilənin” sözləri isə “icarə və ya digər əşya hüquqlarına dair müqavilənin” sözləri ilə əvəz edilsin.
2. 30-cu maddə üzrə:
2.1. III hissənin birinci cümləsinə “stansiyaları” sözündən sonra “(sahələri)” sözü əlavə edilsin, ikinci cümləsində “sahələrində” sözü “stansiyalarında (sahələrində)” sözləri ilə əvəz edilsin və həmin cümlədən “təminatlı” sözü çıxarılsın;
2.2. IV hissədən (hər dörd halda), VII hissənin 3-cü bəndindən, X hissədən (hər iki halda) “təminatlı” sözü çıxarılsın.
3. 37-ci maddənin I hissəsinin 1-ci bəndinə “sürücünün” sözündən sonra “icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2016-cı il.
6 February 2017, 09:026 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...