Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249; № 10, maddə 1608; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 341-VQD, 346-VQD, 353-VQD, 355-VQD, 359-VQD, 361-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “599-603” rəqəmləri “599-602, 602-1.1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə münasibətdə), 602-1.4 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbirlərin görülməməsinə münasibətdə), 603” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 602-1-ci maddə əlavə edilsin:

 

“Maddə 602-1. Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması

602-1.1. “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

602-1.2. Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

602-1.3. Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602-1.4. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

602-1.5. Lisenziya və icazə verən orqanın müraciəti ilə bağlı aidiyyəti dövlət orqan və müəssisələri tərəfindən mənfi rəyin, habelə razılığın verilməsindən imtinanın “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmamasına görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 602-1-ci maddəsi maliyyə bazarları sahəsində lisenziya və icazə sisteminə şamil edilmir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

26 January 2017, 12:01

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...