“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. üç ay müddətində:
3.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.3. lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etsin;
3.1.4. portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etsin;
3.1.5. informasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiq etsin;
3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
4.2. portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
5. Lisenziya və ya icazə verən, habelə özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlar:
5.1. lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin bu Fərmanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş cədvəldə müəyyən edilmiş müddətlərdə portal vasitəsilə həyata keçirilməsini təmin etsinlər;
5.2. informasiya sistemlərinin bu Fərmanın 3.1.4-cü yarımbəndində nəzərdə tutulmuş müddətlərdə və bu Fərmanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş texniki tələblərə uyğun olaraq portala inteqrasiya olunmasını və görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 21 yanvar 2017-ci il.
23 January 2017, 09:0125 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...