“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243) 36-cı maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il.
16 December 2016, 10:12
28 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...