“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müvafiq məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu, 7.1.1-ci maddələrində və 23.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 8.1-ci maddəsində və 17.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 12.3.1-ci maddəsində və 17.5-ci maddəsinin birinci cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.4. həmin Qanunun 17.5-ci maddəsinin birinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 2.0.9-cu maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
4.1. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 15.7-ci maddəsindən irəli gələn normativ xarakterli aktı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində qəbul etsin;
4.2. həmin Qanunun 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrindən irəli gələn normativ xarakterli aktları iki ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2016-cı il.
8 December 2016, 10:126 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...