Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 90 mindən çox əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, rayon mərkəzi və uşaq xəstəxanaları, doğum evi, Bayraq muzeyi tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, 6600-dən çox ailə üçün 18 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 15 tibb müəssisəsi, 13 klub inşa edilmiş, ümumi uzunluğu 42 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 57 ədəd subartezian quyusu qazılmış, digər mühüm infrastruktur layihələri yerinə yetirilmişdir.

 

Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Ağdam rayonunda yeni əkin sahələrinin suvarma suyu ilə təminatı və qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 36,7 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun qazılması üçün 2,0 (iki) milyon manat, 8 yaşayış məntəqəsində yerləşən, qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı 9 binada müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2016-cı il.

8 December 2016, 10:12

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...