“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 sentyabr tarixli 2298 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;
1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;
1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;
1.4. 3.2.4-cü yarımbənddə “Cəmiyyətin” sözündən sonra “İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilsin;
1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;
1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;
5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;
1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:
“6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il.
3 October 2016, 09:106 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...