Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 362
№ 362 Bakı şəhəri, 23 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153, N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr 146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1, maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N 5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə 1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1, maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə 800, N 11, maddə 1414; 2016, N 1, maddə 171, N 2, II kitab, maddə 382, N 3, maddə 608, N 4, maddələr 782, 831, N 5, maddə 955, N 7, maddə 1343; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 302 nömrəli və 23 avqust tarixli 313 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan:” sözlərindən sonra “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Aparatı” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
29 September 2016, 11:0928 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...