"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 74

Bakı şəhəri, 12 mart 2014-cü il

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın  təsdiq  edilməsi  haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli 349 nömrəli, 2014-cü il 24 yanvar tarixli 20 nömrəli və 6 fevral  tarixli 36 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 32.13-cü və 32.14-cü bəndlər əlavə edilsin:

 

32.13.

Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması

32.14.

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə  biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

 

 

18 March 2014, 14:03

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...