"Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 72

Bakı şəhəri, 11 mart 2014-cü il

"Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə                                

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ara məsafəsi ilə bağlı müfəssəl

QAYDALAR

1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.

2. Bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir.

3. Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

4. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki binaların xarici divarları önündə ara məsafəsinin saxlanılması zəruri deyildir:

4.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla);

4.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkün olduqda.

5. Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin sərhədindəki hər iki tərəfdən becərilə bilən torpaq zolağında isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

6. Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir.

7. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.

8. Divarın hündürlüyünə aşağıdakılar əlavə edilir:

8.1. 45 dərəcədən artıq mailliyə malik olan damların və frontonların

 hündürlüyünün 30 faizi;

8.2. 60 dərəcədən artıq mailliyə malik olan damların və frontonların

hündürlüyünün 50 faizi;

8.3. 70 dərəcədən artıq mailliyə malik olan damların və frontonların tam hündürlüyü.

9. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.

10. Ara məsafələrinin hesablanması zamanı aşağıdakılar nəzərə alınmır:

10.1. divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri;

10.2. eni (xarici divara bitişik hissəsinin uzunluğu) davamlı olaraq 5 metrdən çox olmayan və divar səthindən 1,5 metrə qədər irəli çıxan divar hissələri, erkerlər, balkonlar, giriş həcmləri;

10.3. tam işıqburaxan tikinti materialından hazırlanmış divarlar və bina hissələri (xarici divarın səthindən 2,0 metrdən artıq irəli çıxmadıqda və ərazinin sərhədindən ən azı 2,0 metr məsafədə yerləşdikdə).

11. Ara məsafələri hündürlüyü 3 metrdən və divar səthinin sahəsi 25 kvadrat metrdən çox olan binalara da şamil olunur.

12. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyildir.

13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.

14. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə ara məsafəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla, azaldılmasına yol verilir. Bu halda qonşu sərhəddəki tikintidə layihədə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədi ilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz.

15. Torpaqlardan səmərəli istifadə məqsədi ilə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisi (və ya birləşdirilməsi) yanaşı sərhəddəki ortaq divar və ya yanaşı divarlar vasitəsilə həyata keçirilir.

16. Hər hansı bir bina ilə bağlı müəyyən edilmiş ara məsafələri sonradan həyata keçirilən sərhəd dəyişmələri və ya torpaq sahələrinin bölünməsi zamanı azaldıla və ya onların üzərində tikinti aparıla bilməz.

17. Bina və qurğularla mühəndis-kommunikasiya təminatı obyektləri (qurğuları, xətləri), xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaqdoldurma məntəqələri və digər istehsal (istismar) təyinatlı obyektlər, həmçinin müxtəlif növ meydançalar (idman, təsərrüfat və s.) arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir.

18. Bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır.

3.3.2. texnoloji proseslərin aparılması şərtləri ilə əlaqədar olaraq, təbii işıqlandırmanın quraşdırılması istisna olunan bina və qurğuların yerüstü mərtəbələri insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır;

3.3.3. layihə tapşırığında nəzərdə tutulduğu hallarda layihə sənədlərində bina və ya qurğunun xarici işıqlandırılması nəzərdə tutulmalıdır.

3.4. Yaşayış və ictimai binaların otaqlarının və istehsalat bina və qurğularının işçi zonalarının səs-küydən mühafizə olunması üzrə tələblər:

3.4.1. bina və ya qurğunun ərazidə yerləşdirilməsi, tikinti konstruksiyalarının xarakteristikalarının layihə göstəriciləri, layihə sənədlərindəki mühəndis avadanlığın xarakteristikaları, yanaşı ərazilərin abadlaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlər insanları aşağıda qeyd olunanlardan mühafizə etməlidir:

3.4.1.1. xarici mənbələrin yaratdığı səs-küydən;

3.4.1.2. binanın və ya qurğunun digər otaqlarında yaranan səs- küydən;

3.4.1.3. zərbə səs-küyündən;

3.4.1.4. avadanlığın yaratdığı səs-küydən;

3.4.1.5. əks-səda kəsildikdən sonra otaqda həddindən artıq davam edən səs-küydən;

3.4.2. ərazidə səs-küyün mənbəyi ola biləcək layihələndirilən bina və qurğularda səs-küyün azaldılması üzrə tədbirlər nəzərdə tutulmalıdır;

3.4.3. səs-küydən mühafizə təmin olunmalıdır:

3.4.3.1. yaşayış, ictimai və istehsalat binalarının otaqlarında;

3.4.3.2. bina və ya qurğunun tikintisinin və istismarının həyata keçirilməsi nəzərdə tutulan ərazinin sərhədlərində;

3.4.4. ərazidə tikinti və tikinti-bərpa işlərinin aparılması hallarında səs-küylə müşayiət olunan proseslər adi günlərdə saat 9.00-dan 18.00-dək, bazar və bayram günlərində isə saat 10.00-dan 14.00-dək aparılmalıdır.

 

 

 

18 March 2014, 12:03

http://cabmin.gov.az/

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...