2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) 2 mindən çox təşəbbüsçü “Respublika” adlı referendum üzrə təşviqat qrupunun yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş təqdim etmişdir.

 

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər sənədlər 2016-cı il avqustun 22-də təşəbbüsçülərin səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 26 avqust 2016-cı il tarixli Protokol və həmin tarixli rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qrupun qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.

Seçki Məcəlləsinin 68.2.3-cü maddəsinə əsasən, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının sayı lazımi saydan az olarsa təşviqat qrupunun qeydə alınmasından imtina edilir.

Seçki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 63-cü, 65-ci, 66-cı, 67-ci və 68-ci maddələrinə əsasən qərara alır:

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

29 August 2016, 09:08

http://www.azertag.net

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...