“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamını “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
|
||
Süleyman İsmayılov |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri |
Komissiyanın üzvləri:
|
||
Fatma Abdullazadə |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
|
Fuad Ələsgərov |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
|
Şahin Əliyev |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
|
Eldar Nuriyev |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri
|
Tələt Məcidov |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri
|
Səadət Yusifova |
– |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
|
Azər Əmiraslanov |
– |
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri
|
Mail Rəhimov |
– |
Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri
|
Əli Hüseynov |
– |
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini
|
Ataxan Paşayev |
– |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.
|
2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:
2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin;
2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;
2.3. 3-cü hissə üzrə:
2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;
2.3.2. 3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2016-cı il.
19 July 2016, 09:073 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...