“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli, 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli və 23 fevral tarixli 131-VQD nömrəli qanunları) 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində “əsaslarını” sözü “səbəbini, şübhənin mahiyyətini” sözləri ilə əvəz edilsin və həmin bəndə “hüquqlarını” sözündən sonra “ona aydın olan dildə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 aprel 2016-cı il.

13 May 2016, 09:05

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...