“Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına
Hörmətli toplantı iştirakçıları!
Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi münasibətilə hər birinizi və sizin simanızda bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Avropanın müxtəlif ölkələrini təmsil edən qonaqları salamlayır, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.
Korifey sənətkarların, görkəmli elm və dövlət xadimlərinin yurdu olan Gəncə öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu tarixi diyarın görkəmi xeyli dəyişmiş, infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir.
Avropa ilə Asiyanın, xristian və müsəlman sivilizasiyalarının qovuşduğu məkanda yerləşən Azərbaycan Respublikası unikal coğrafi mövqeyə malikdir. Tolerantlıq və multikulturalizm bütün tarix boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz dəyərləri olmuşdur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin “Avropa gənclər paytaxtı” seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır. Şübhəsiz, şəhərimizin belə nüfuzlu ada layiq görülməsində gənclər siyasəti sahəsində qazanılmış uğurlar, ölkəmizdəki gənclər təşkilatlarının uyğun profilli beynəlxalq platformalarla sıx əməkdaşlığı, region, qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyimiz də mühüm rol oynayıb.
2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir. Mən Gəncədəki tədbirlərin reallaşmasına kömək göstərmək məqsədilə xüsusi sərəncam imzalamış, aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müvafiq tapşırıqlar vermişəm. Şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə yüksək səviyyədə icra ediləcək, Gəncə şəhəri “Avropa gənclər paytaxtı” adına layiq olduğunu əyani şəkildə nümayiş etdirəcəkdir. Bu yolda hamınıza uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2016-cı il.
5 May 2016, 10:0525 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...