Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərman

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq, qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılsın.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.

3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi:

3.1. sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatının yalnız özünün daxil ola bildiyi və elektron xidmətlərdən istifadə etdiyi “fərdi elektron kabinet”inin yaradılması;
3.2. qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatların, müraciətlərin, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması;
3.3. qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlərin elektron qeydə alınması;
3.4. sistemə verilən tapşırıqlar əsasında sənədlərin avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması;
3.5. məlumatların, sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılmasını və fəaliyyətini təmin etsin;

4.2. sistemdən istifadə qaydaları barədə inzibati reqlamenti müəyyən etsin;
4.3. sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısını təsdiq etsin.

5. Aidiyyəti dövlət orqanları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatların mütəmadi Sistemə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin ayrılmasını təmin etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2013-cü il.

21 November 2013, 09:11

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...