Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə
Azərbaycan Respublikasının bazar infrastrukturu sistemində özünəməxsus yeri olan və şəffaflığın təmin edilməsində əvəzsiz rol oynayan Auditorlar Palatasının 20-ci ildönümü münasibətilə sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin iqtisadi qüdrətinin və potensialının artması naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, daxili audit xidmətinin korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir.
Büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. Əldə olunan iqtisadi nailiyyətlər və sosial tərəqqi müdrik Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda uğurla davam etdirilən strategiya nəticəsində mümkün olmuşdur. Çox xoşdur ki, Azərbaycanın indiyə kimi qazandığı iqtisadi uğurlar və hazırda həyata keçirdiyimiz islahatlar dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən lazımınca qiymətləndirilir. Bu isə öz növbəsində, bizim hər birimizdən daha şəffaf və səmərəli işləməyi tələb edir. Şəffaflıq, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə nəzarət orqanlarının işini asanlaşdırır.
Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir.
Əminəm ki, Auditorlar Palatası bundan sonra da özünün səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə və daha da artırılmasına öz töhfəsini verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2016-cı il.
6 April 2016, 09:0425 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...