“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 11-ci hissədə “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin:
“12. “Maliyyə bazarlarına nəzarət orqanı” - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.
2. 3-cü maddənin 2-ci hissəsinin birinci abzasında ikinci cümləsində “Mərkəzi Bankının” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.
3. 7-ci maddənin 3-cü və 4-cü hissələri aşağıdakı redaksiyada verilsin:
“3. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) maliyyə bazarlarına nəzarət orqanının, digər rezidentlər isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesabı aça bilərlər.
4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.”.
4. 10-cu maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu hesabların açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, onlardan istifadə edilməsi qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.”.
5. 13-cü maddə 2-ci hissəsi üzrə:
5.1. “q” bəndinə “rezidentlər” sözündən sonra “(qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;
5.2. “ğ” bəndi ləğv edilsin.
6. 15.2-ci maddəyə “Mərkəzi Bankı” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
10 March 2016, 09:036 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...