“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəqabət qabiliyyətinin artırılmasını, dəniz nəqliyyatı sisteminin təkmilləşdirilməsini, Cəmiyyətə məxsus gəmilərin beynəlxalq sularda fəaliyyətinin genişləndirilməsini, habelə beynəlxalq şirkətlərin müasir idarəetmə təcrübəsindən istifadə etməklə, su nəqliyyatının inkişafının sürətləndirilməsini və rəqabətədavamlı dəniz nəqliyyatı xidmətləri göstərilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.3-cü yarımbənd və 2.2-ci bənd ləğv edilsin;
1.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.2. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;
3.3. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;”.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət), onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin Cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya), icazə, sertifikat alınmış hesab edilir və yenidən alınması tələb olunmur;
2.2. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərinə aid olmayan, eyni zamanda, saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin su nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə tədbirlər görsün;
3.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2016-cı il.
10 March 2016, 09:0316 December 2022, 08:12
The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva more...
12 April 2021, 21:04
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral more...
11 September 2020, 21:09
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov more...
1 September 2020, 09:09
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov more...
20 August 2020, 21:08
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa more...
1 April 2020, 23:04
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim more...
25 February 2020, 08:02
The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov more...
4 February 2020, 07:02
The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu more...
24 October 2019, 08:10
The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan more...
24 October 2019, 08:10
The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev more...