"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 26

Bakı şəhəri, 1 fevral 2016-cı il

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün ərzaq payı Normaları"nın "Qeydlər"inin 2.1-ci bəndinə "çörək" sözündən sonra ", yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2,0 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1,0 litr su" sözləri əlavə edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları" üzrə:

1.2.1. 4-cü hissəyə aşağıdakı məzmunda on üçüncü sətir əlavə edilsin:

 

 

- yarma konsentratları ilə

 

20

 

1.2.2. 8-ci hissəyə aşağıdakı məzmunda doqquzuncu sətir əlavə edilsin:

 

 

- ət konservi ilə**

 

50

 

1.2.3. aşağıdakı məzmunda 27-29-cu hissələr əlavə edilsin:

 

27.

2-ci növ buğda unu

100

 

 

- 1-ci növ buğda unu ilə

- kartof və tərəvəz ilə

- müxtəlif yarma ilə

- yarma konsentratları ilə

 

90

500

100

100

28.

Birlikdə:

- ət

- bitki yağı

- yarma, un və tərəvəzlər (yarma hesabı ilə)

 

50

10 86

 

Konservləşdirilmiş 1-ci yeməklər

 

350

29.

Birlikdə:

- ət

- bitki yağı

- yarma, un və tərəvəzlər (yarma hesabı ilə)

 

150

10 86

 

Konservləşdirilmiş 2-ci yeməklər

 

350

         2. Müəyyən edilsin ki, bu qərarla edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin saxlanılması xərcləri dairəsində müvafiq məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

         3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

12 February 2016, 10:02

http://cabmin.gov.az/

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...